Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Leonardo da Vinçinin Luvrdakı sərgisini bir milyondan çox insan ziyarət edib

Leonardo da Vinçinin Luvrdakı sərgisi rəssamın və ixtiraçının vəfatının 500 illiyinə həsr edilmiş sərgiyə təqribən 1,1 milyon ziyarətçi gəlib. Bu, muzeyin əvvəlki bütün rekordlarını geridə qoyub.

“Artnet” xəbər verir ki, Luvrun prezidenti və direktoru Jan-Lyuk Martines deyib: “Dirçəliş dövrünün İtaliya rəssamının ölümündən 500 il sonra geniş kütlələri heyran etməsi çox gözəldir”. Nəşrin verdiyi xəbərə görə Da Vinçinin əsərlərinə baxmaq üçün muzeyə hər gün 10 mindən çox insan gəlib.

Sərgidə rəssamın doqquz təbiət mənzərəsi tablosu və 80 rəsmi, eləcə də Leonardo da Vinçinin tələbələrinin əsərləri də daxil olmaqla 160 iş nümyiş etdirilmişdir. “Mona Liza” Luvrda öz ənənəvi yerində asılmışdı. Ekspozisiyada nümyiş etdirilmək üçün əsərlər dünyanın hər yerindən toplanmışdı, məsələn, Ermitraj “Madonna Benua”, İtaliyanın Parma Milli Qalereyası “Qadının başı”, Vatikanın muzeyləri isə “Müqəddəs İeronim” əsərini təqdim etmişdilər.

Buna qədər Luvrda ən populyar müvəqqəti ekspozisiya Fransız rəssamı Ejen Delakurunun əsərlərindən ibarət olub. 2018-ci ildə bu sərgini 540 min insan ziyarət etmişdi. 

Səadət RZAYEVA,
"Xalq qəzeti"

26 2020 17:54 -

Köhnə versiyamızdan xəbərləri izlə