Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Söz” Xocalı soyqırımına gecə həsr etdi

Beynəlxalq Muğam Mərkəzində “Söz” ədəbi layihəsi çərçivəsində Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə “Unutmadıq!” adlı bədii proqram təqdim olunub.  “Xalq qəzeti” xəbər verir ki, əsas şüarları “Xocalıya ədalət!”, “Xalqın gücü birliyində və yaddaşındadır!” olan yaradıcılıq gecəsi iştirakçılara təsirli anlar yaşadıb.  İlk olaraq, layihənin rəhbəri,  tanınmış şair Nigar Həsənzadə Xocalı faciəsi haqqında çıxış edib.

O, Xocalı soyqırımının xalqımızın unudulmaz qan yaddaşına çevrildiyini və iyirminci əsrdə törədilmiş insanlığa sığmayan dəhşətli qətliamlardan  biri olduğunu bildirib.  Erməni daşnaklarının son yüz il ərzində azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdiklərini diqqətə çatdıran şairə qeyd edib ki, dünyanın gözü qarşısında, 1992-cilin 26-fevralında baş verən bu soyqırımı bir xalqı, milləti məhv etmək məqsədi daşıyıb. Layihə rəhbəri eyni zamanda, Xocalı soyqırımının bütün mümkün vasitələrdən istifadə edilərək təbliğ olunmasını və düşmənlərin iç üzünün dünyaya tanıdılmasının vacibliyini vurğulayıb.

Sonra Xocalı faciəsi zamanı bütün ailəsini itirərək sağ qalan Gülnar Kərimova və Həmayıl Xəlilova bacıları çıxış edib. Onlar həmin dəhşətli gecənin hələ də onların yaddaşında olduğu və faciə  zamanı ermənilərin ən vəhşi üsullardan istifadə etdikləri barədə söhbət açıblar.

Tədbirdə Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş şeir müsabiqəsinin finalçılarının ifaları və xalq musiqilərindən parçalar səsləndirilib.

Anar Əli,
“Xalq qəzeti”

26 Fevral 2020 16:38 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə