Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkirdə təşkil olunan foto-sərgi böyük maraqla qarşılanıb

“Regional İnkişaf” İctimai Birliyi və “Orxan Aslanov studiyası”nın birgə həyata keçirdiyi “Azərbaycanım” foto-müsabiqəsi çərçivəsində seçilmiş fotolardan ibarət sərginin regionarda nümayişinə başlanılıb.

Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən sərgidə rayon rəsmiləri, gənclər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Sərgidə 150-dən çox foto nümayiş olunub. Gün ərzində davam edən tədbirdə fotoqraf Orxan Aslanov fotomüsabiqənin əhəmiyyəti, eləcə də layihə çərçivəsində nəzərdə tutulan növbəti tədbirlər barədə ziyarətçilərə geniş məlumat verib.

Tədbirin davamı olaraq fevralın 21-də gənc fotoqrafların iştirakı ilə Göygöl Milli Parkına və Maragölə yürüş, eləcə də Orxan Aslanov tərəfindən fotoqrafiya sənətinin incəlikləri barədə təlim təşkil olunub.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

26 2020 12:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə