Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədə Xocalı soyqırımı ilə bağlı rəsm sərgisi təşkil olunacaq

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Türkiyədə "Qara qatar səslənir, Qarabağda talan var, Xocalıda soyqırımı!” adlı hərəkətdə olan rəsm sərgisi təşkil ediləcək.

Ankara-Qars sərnişin qatarına Xocalı soyqırımının dəhşətlərini əks etdirən rəsm əsərlərindən ibarət sərgi qurulan əlavə vaqon qoşulacaq. Belə bir sərgi ilk dəfə olaraq Azərbaycanın Türkiyədəki səfirliyi, Ankarada fəaliyyət göstərən Qazi Universiteti, Türkiyə Dövlət Dəmir Yollarının birgə layihəsi əsasında keçiriləcək.

Bu gün  sərgi Ankara dəmir yolu stansiyasında nümayiş olunacaq. Ertəsi gün qatarın rəsmi yolasalma mərasimi keçiriləcək. Sərgi qatarın keçəcəyi Kayseri, Ərzurum, Ərzincan və Sarıqamış dəmir yolu stansiyalarında da nümayiş olunacaq.

Sərginin olacağı vaqon martın 4-də Qars şəhərinə çatacaq.

Qars dəmir yolu stansiyasında da sərgilənəcək əsərlər Qazi Universitetinin tələbələrinə məxsusdur.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

26 2020 12:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə