Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İndiyәdәk qorunub-saxlanılan әn qәdim teatr

Antalya şәhәrindә yerlәşәn Aspendos antik teatrının indiyәdәk qorunub-saxlanılan әn qәdim teatrdır. Eramızdan əvvəl  II әsrdә inşa edilәn Aspendos teatrı fәrqli mәqsәdlәr üçün istifadә edilib. Aspendosla bağlı müxtәlif әvsanәlәr var. Teatrın memar Zenon tәrәfindәn inşa edildiyi deyilir.

Zamanın ən dəbdəbəli tikililərindən olan Aspendos teatrı 15-20 min nəfərlik oturacaqlara malikdir. Teart Sәlçuqlu İmperiyası dövründә iqamәtgah olaraq istifadә edilib. Hәmin dövrdә Şәlçuqlu İmperiyasının sultanı Әlәddin Keykubadın göstәrişi ilә teatrın bir hissәsindә saray inşa olunub.

Aspendon antik teatrı günümüzdә ‘‘Aspendos Opera vә Balet Festivalı’’ vә çox sayda beynәlxalq tәdbirә ev sahibliyi edir.

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

26 2020 12:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə