Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Qarabağ" Avropada dördüncü oldu

Avropanın milli futbol liqalarında ən az qol buraxan komandaların siyahısı açıqlanıb.

Qol.az xəbər verir ki, siyahıda Azərbaycan çempionu “Qarabağ” da yer alıb. Qitənin ən az qol buraxan 4-cü komandası məhz Ağdam təmsilçisidir.

Qurban Qurbanovun komandası bu mövsüm ölkə çempionatında  18 turda cəmi 7 qol buraxıb. Komanda hər oyunda orta hesabla 0,39 qol buraxıb

Siyahıya Çexiyanın “Slaviya” klubu başçılıq edir. Təl-Əviv “Makkabi”si 2-ci, Yunanıstan “Olimpiakos”u 3-cüdür.

Avropa liqalarında ən az qol buraxan 5 komanda:

1. “Slaviya” (Çexiya) – 0,23 (5/22)
2. “Makkabi” (Təl-Əviv, İsrail) – 0,28 (7/25)
3. “Olimpiakos” (Yunanıstan) – 0,36 (9/25)
4. “Qarabağ” (Azərbaycan) – 0,39 (7/18)
5. “Ludoqorets” (Bolqarıstan) – 0,41 (9/22)

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

26 2020 12:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə