Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə XİN Xocalı faciəsinin 28-ci il dönümü ilə bağlı bəyanat yayıb

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı faciəsinin 28-ci il dönümü ilə bağlı bəyanat yayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə XİN-in bəyanatında bildirilib ki, Ermənistan silahlı birləşmələri tərəfindən 1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərinə edilən hücum nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, ümumilikdə 613 günahsız Azərbaycan vətəndaşı vəhşicəsinə qətlə yetirilib, yüzlərlə insan yaralanıb.

Qeyd olunub ki, Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalaraq öz torpaqlarında məcburi köçkün kimi yaşayırlar: “Hələ də Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Xocalı qətliamını və uzun illərdir davam edən işğalı şiddətlə qınayırıq. Azərbaycanlı qardaşlarımızın 28 il əvvəl Xocalıda məruz qaldıqları qətliamın acısına dərindən şərikik. Bu qətliamda həyatını itirənlərə Allahdan rəhmət diləyir, bütün Azərbaycan xalqına başsağlığı veririk”.

“Xalq qəzeti”

26 2020 11:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə