Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusdan qorunma ilə bağlı tibbi tövsiyələr

Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus ilə bağlı əhaliyə aşağıdakı tövsiyələrini açıqlayıb:

Özünüzü və başqalarını xəstəlikdən qoruyun

• Əllərinizi yuyun

• öskürdükdən və asqırdıqdan sonra

• xəstələrə qulluq edərkən

• xörək hazırlayərkən-- əvvəl və sonra

• yeməkdən əvvəl

• tualet istifadəsindən sonra

• əllər vizual olaraq çirkli göründükdə

• heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra

Əllərinizi yuyun

• Əllər vizual olaraq çirkli göründükdə onları sabun ilə təmiz yuyun.

• Əlləriniz çirkli deyilsə, onları sabun və su ilə yuyun və ya spirt tərkibli təmizləyici (dezinfectant) istifadə edin.

Başqalarını xəstələndirməkdən qoruyun

• Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəyinizin qolu və ya dirsək bükümünüzlə örtün.

• İstifadə olunmuş dəsmalları qapalı zibil qutusuna atı.

• Xəstələrə qayğı göstərərkən və öskürdükdən-asqırdıqdan sonra əllərinizi yuyun.

Özünüzü xəstələnməkdən qoruyun

Xəstə insanlarla (onların gözlərinə, burnuna və ya ağzına toxunmaq) və ev, ferma və ya vəhşi heyvanlarla yaxın təmasdan çəkinin.

Qida təhlükəsizliyini tətbiq edin.

Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin.

Əllərinizi çiy və bişmiş qidalara toxundurduqda yuyun.

Xəstə və ölü heyvanlar yeyilməməlidir.

Xətəliyin alovlandığı bölgələrdə belə, ət məhsulları əsaslı, tam bişirildikdə və qida hazırlanması düzgün aparılarsa o zaman onlar etibarlı sayılır və istehlak edilə bilər.

Heyvanlarla təmas

Heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əlləri sabun və su ilə yuyun.

Gözlərə, burun və ya ağzınıza toxunmayın.

Xəstə heyvan və korlanmış ətlə təmasdan çəkinin.

Sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılardan çəkinin.

Avadanlıq və iş sahəsini gündə ən azı bir dəfə dezinfeksiya edin.

Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin.

İşdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın.

Ailə üzvlərini çirklənmiş geyim və ayaqqabı təsirinə məruz qoymaqdan çəkinin.

Koronavirus infeksiyası riskini azaldın.

Ət məhsullarını və yumurtanı tam bişirin.

Canlı vəhşi və ferma heyvanlarla birbaşa təmasdan çəkinin.

Hazırladı:
R.TAHİR,

“Xalq qəzeti”

26 2020 11:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə