Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məcburi köçkünlər üçün mənzil tikintisi davam edir

Bunu Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri bildirib ki, Abşeron ərazisində “Stansiya Sumqayıt” adlanan yerdə məcburi köçkünlər üçün yaşayış binalarının tikintisi davam edir. İşlərin ilin sonunacan yekunlaşdırılacağı gözlənilir: “Cənab Prezident 7 mindən çox ailə üçün nəzərdə tutulmuş qəsəbənin salınmasına göstərişi verib. Hazırda tikinti davam edir. Biz də maraqlıyıq ki, mənzillərin tikintisini vaxtında və keyfiyyətli tamamlayaraq istifadəyə verək”.

Sədrin sözlərinə görə, bu il görülən işlər mərhələli şəkildə olacaq: “Məqsədimiz, ilk növbədə, ən ağır şəraitdə olan ailələrin köçürülməsinə nail olmaqdır. Bunlar hamısı mərhələli şəkildə olacaq”.

Rövşən Rzayev sonda bildirib ki, Samuxda da yeni qəsəbənin salınması gözlənilir: “Bir binamız Ağdamda 50 mənzildən ibarət olacaq. 45 ailəlik bina Lənkəranda, 30 fərdi ev isə Füzulinin işğaldan azad olunmuş ərazisində tikilir. Bu binaları tamamlayandan sonra Bakıda məskunlaşan 30 ailəni Füzuliyə, öz doğma kəndlərinə köçürəcəyik”.

R.TAHİR,
“Xalq qəzeti”

26 2020 11:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə