Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İranda tibbi maska gizlədənlər yaxalanıb

Tehranda polisin keçirdiyi əməliyyat nəticəsində külli miqdarda tibbi maska aşkar edilib.

“İrna” agentliyi xəbər verib ki, bəzi şəxslər ölkədəki koronavirus təhlükəsindən sui-istifadə edərək qanunsuz yollarla tibbi maskalar ələ keçirib, sonrakı günlər baha satmaq niyyətində olublar. Axtarışlar zamanı polis 5,5 milyondan çox tibbi maska aşkar edib. Hadisəylə bağlı 3 şübhəli şəxs nəzarətə götürülüb. 3 fabrik bağlanıb.

Qeyd edək ki, İranda koronavirusun yayılmasına görə tibbi maskalara böyük ehtiyac yaranıb.

R.TAHİR,
“Xalq qəzeti”

26 2020 11:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə