Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağır travmatoloji xəstələrə yanaşma və travmatik şok

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Travmatologiya və ortopediya, Reanimatologiya-anesteziologiya və intensiv terapiya şöbələrinin birgə təşəbbüsü ilə “Ağır travmatoloji xəstələrə yanaşma və travmatik şok” mövzusunda seminar keçirilib. Travmatologiya və ortopediya şöbəsinin müdiri Cəfər Nəsirli, Reanimatologiya-anesteziologiya və intensiv terapiya şöbələsinin müdiri Cavid Paşayev çıxış edərək müştərək seminarın keçirilməsinin vacibliyinə toxunub və mövzu ətrafında aparılacaq müzakirələrin iştirakçılar üçün faydalı olacağını vurğulayıblar.

Sonra rezidentlərdən Kənan Quliyev və Aişə Yolçuzadə mövzu ətrafında çıxışlar edib. Onlar çıxışlarında travmatik xəstələrin müayinə və müalicəsi, ilkin tibbi yardımın necə göstərilməsi, travmatik şokun mərhələləri və s. ilə bağlı seminar iştirakçılarına ətraflı məlumat veriblər.

Seminar geniş diskusiya və sual-cavablar ilə işini yekunlaşdırıb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

26 2020 10:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə