Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məşğulluğun təminatı ilə bağlı 2020-ci il üçün Tədbirlər Planı təsdiq edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində  “İşsiz və işaxtaran şəxslərin işə götürülməsi sahəsində işin təkmilləşdirilməsi ilə bağlı 2020-ci il üçün Tədbirlər Planı” təsdiq edilib.

Plana əsasən, hər ay işəgötürənlərin siyahısı dislokasiyaya uyğun hazırlanacaq, bu siyahı, habelə potensial vakant iş yerlərinin hədəflənməsi üçün işəgötürmə potensialı yüksək olan müəssisələrin siyahısı  (ildə iki dəfə) rayon (şəhər) Məşğulluq Mərkəzlərinə təqdim ediləcək.

Tədbirlər Planında hər bir rayon üzrə işəgötürmə hədəflərinin hazırlanması, vakant iş yerlərinin “Məşğulluq” altsisteminə yerləşdirilməsi istiqamətində işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi üçün tədbirlərin görülməsi, həmin altsistem üzərində hər həftə təhlil xarakterli məlumatların hazırlanması, mütəmadi olaraq peşə hazırlığı üzrə dördtərəfli müqavilələrin bağlanması nəzərdə tutulur.

Həmçinin “Məşğulluq” altsistemi, dördtərəfli müqavilələr əsasında peşə hazırlığının təşkili, əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı, qeyri-formal məşğulluğun aradan qaldırılması və s. mövzularda maarifləndirmə tədbirlərinin, dəyirmi masaların keçirilməsi də planlaşdırılıb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

26 2020 10:17 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə