Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentinin açılışı olub

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Ramiz Həsənov fevralın 24-də işə başlamış BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentində iştirak etmək məqsədilə Cenevrədə işçi səfərdədir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki,  Xarici İşlər nazirinin müavini Ramiz Həsənov BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentinin açılışında iştirak edib.
Açılış mərasimində BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Tijjani Muhammad-Bande, BMT-nin Baş katibi Antonio Quterreş, BMT-nin insan hüquqları üzrə Ali komissarı Mişel Başele və İsveçrənin Xarici İşlər naziri İgnasio Kassis çıxış ediblər. Üç gün davam edəcək yüksək səviyyəli seqmentdə ümumilikdə 100-dən çox ölkənin dövlət və hökumət başçıları, Xarici İşlər nazirləri və beynəlxalq təşkilatların rəhbərləri və onların müavinləri iştirak edəcəklər.
 Cenevrəyə səfəri çərçivəsində fevralın 24-də Xarici İşlər nazirinin müavini R.Həsənov, həmçinin Andorranın Xarici İşlər naziri Mariya Ubax ilə görüşüb. 
Görüşdə tərəflər iki ölkə arasında hazırkı əməkdaşlıq əlaqələrinin səviyyəsindən məmnunluq ifadə edib və bütün sahələr, xüsusilə də iqtisadi-ticarət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
 Həmin gün Xarici İşlər nazirinin müavini R.Həsənov Cənubi Afrika Respublikasının Xarici Əlaqələr və Əməkdaşlıq nazirinin müavini Alvin Botes ilə də görüşüb. Görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən siyasi və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. 
Söhbət zamanı CAR-ın Azərbaycanla çoxtərəfli formatda əməkdaşlığı, həmçinin ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində fəaliyyəti yüksək qiymətləndirilib. Bildirilib ki, CAR Azərbaycanın sədrliyinə daim dəstək göstərəcək.

25 2020 23:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə