Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Böyük Britaniya Azərbaycanın yeni seçilmiş parlamenti ilə əməkdaşlıq etməyə hazırdır”

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (XİN) fevralın 9-da Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. 

XİN-in cavabında Azərbaycan Mərkəzi Seçki Komissiyasının seçkilərin şəffaf keçirilməsi ilə bağlı səyləri yüksək qiymətləndirilib.  
Bildirilib ki, Böyük Britaniya azərbaycanlı qanunvericiləri qəbul etməyə və qarşılıqlı maraq doğuran bütün məsələlərdə məhsuldar əməkdaşlıq etməklə islahatları dəstəkləməyə davam edəcək. Həmçinin qeyd edilib ki, Britaniya seçkilərdə baş vermiş bəzi qanun pozuntularının araşdırılması istiqamətindəki səyləri alqışlayır. Britaniya tərəfi yeni seçilmiş parlamentlə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.

25 2020 20:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə