Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümumdünya Səhiyyə Təşkilatı: Koronavirus epidemiyası hələ pandemiya deyil

Dünyanı lərzəyə salmış koronavirus qurbanlarının sayı getdikcə artır. Bütün ölkələr səksəkədədir və bu qorxunc virusun qarşısını almaq üçün mümkün vasitələrə əl atılır. Ölkəmizdə də bu istiqamətdə ciddi hazırlıq işləri görülür. Çin Xalq Respublikasında COVİD-19 koronavirus infeksiyasının yayılmağa başlamasından sonra mümkün risklərin və onun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Nazirlər Kabineti tərəfindən müvafiq komissiya yaradılmış, yanvarın 30-da Fəaliyyət Planı təsdiqlənmişdir.

Virusun yayılmasının təhlükəli miqyas almağa başladığı ilk gündən respublikamızın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarında profilaktik tədbirlərin həyata keçirilməsinə başlanılıb. Ölkəmizə gələn sərnişinlər ciddi yoxlanılır və verilən məlumata görə, bugünədək koronavirusa yoluxma halı qeydə alınmayıb.
Azərbaycanla həmsərhəd olan İranda virusun aşkar olunması və artıq insan tələfatı faktları barədə rəsmi məlumatların yayılmasına görə, respublikamızın bu ölkə ilə sərhəd-keçid məntəqələri xüsusi rejimdə fəaliyyətə keçib. Bu ərazilərdə sanitar-dezinfeksiya işləri aparılır və Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına nəzarət gücləndirilib. Bu virusa yoluxmamaq məqsədilə əhaliyə xüsusi zərurət olmadığı hallarda qonşu ölkəyə səfərlərini müvəqqəti olaraq təxirə salmaq tövsiyə olunub. Hazırda Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətə götürülüb, aidiyyəti qurumlar gücləndirilmiş iş rejiminə keçiblər.
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın müvafiq qurumları ilə daimi təmasdadır. Ölkədə koronavirusa yoluxma halının müəyyənləşdirilməsi üçün bütün imkanlar, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar yetərincədir. Bütün bu tədbirlərə baxmayaraq, bəzi araqarışdıranlar müxtəlif şayiələr yayır, ayrı-ayrı şəxslər tərəfindən təxribat xarakterli, yanlış məlumatlar dövriyyəyə buraxılır və bununla da əhali arasında çaşqınlıq yaratmağa cəhd edirlər. 
Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib ki, əhali saxta xəbərlərə inanmasın, yalnız Azərbaycanın rəsmi qurumlarının məlumatlarına etibar etsin.
Yeri gəlmişkən, “Amerikanın səsi” saytında Liza Schlein imzası ilə dərc olunmuş “Koronavirus epidemiyası hələ pandemiya deyil” məqaləsi diqqətimi cəlb etdi. 
Məqalədə qeyd edilir ki, Ümumdünya Səhiyyə Təşkilatı, ( ÜST) koronavirusun yayılmasının hələ bir pandemiya miqyasına uyğun olmadığını bildirir, ancaq pandemiyaya çevrilməsinin mümkünlüyü haqqında da xəbərdarlıq edir. Bildirilir ki, hər bir ölkə qabaqlayıcı tədbirlərə hazır olmalıdır. 
Müəllif yazır: “Hazırda Çində 77 mindən çox, başqa ölkələrdə isə 2 mindən çox virusa yoluxma hadisəsi qeydə alınıb. Bu virusdan ölənlərin ümumi sayı 2 min 600-dən çoxdur. Son bir neçə gündə Cənubi Koreya, İran və İtaliyada koronavirus hadisələrinin qəfil artması, epidemiya halının pandemiyaya çevrilmək qorxusunu yaratdı. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Gebreyesus fevralın 24- də İsveçrənin Cenevrə şəhərində keçirilən koronavirusla əlaqədar mətbuat konfransındakı çıxışında virusun pandemiyaya çevrilmək potensialının olduğunu bildirib, amma hələ ki, bu bir ehtimaldır. Pandemiya sözünün bir epidemiyanı təsvir etmək üçün istifadə edib etməyəcəyimizlə bağlı qərarımız, virusun coğrafi yayılmasını, səbəb olduğu xəstəliyin şiddətini və bütün cəmiyyətə təsirini qiymətləndirməyə əsaslanır. ÜST direktoru deyib ki, bu vəba deyil, dünyanın müxtəlif yerlərində yayılan bir sıra epidemiyalardır, xəstəliyin yayılmasını ehtiva edən uyğun bir cavab tələb edir. Potensial pandemiyaya hazırlaşmaq üçün əlimizdən gələn hər şeyi edərkən, ehtiyatsızlığa diqqət etməliyik, Bir ölçüyə uyğun yanaşma hamıya uyğun ola bilməz. Hər bir ölkə öz kontekstinə görə də risk qiymətləndirməsini etməlidir.”
Sayt yazır ki, ÜST rəhbəri, agentliyin öz risk qiymətləndirməsini davam etdirdiyini və epidemiyanın təkamülünü hər an izlədiyini biıdirib. Onun sözlərinə görə, ölkələrin özlərini və xalqlarını qorumaları üçün görməli olduğu bir neçə vacib tədbir var: “Bütün ölkələr, ilk növbədə, ölümcül xəstəliyin ön cərgəsində dayanan tibb işçilərini qorumalıdır. Əlavə olaraq, ağır xəstələnmə riski ən yüksək olan yaşlıların qorunması üçün addımlar atılmalıdır. Çində xəstəliyin mənşəyi və təkamülünü araşdıran beynəlxalq mütəxəssislərin apardığı araşdırmalardan sonra məlum olub ki, koronavirus epidemiyası 23 yanvar - 2 fevral arasında baş verdib və yayılıb. Mütəxəssislər virusun DNT-də dəyişiklik olmadığını bildirirlər . Xəstəliyin “episentri” olan Çinin Vuhan əyalətində ölüm nisbəti iki ilə dörd faiz arasındadır. Əyalətin xaricində isə bu, bir faizdən azdır.

 

Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

25 2020 20:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə