Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi işçilərinin könüllü tibbi sığortalanması xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu keçirir

1. Kotirovka sorğusunda işçilərin könüllü tibbi sığorta xidmətini təmin edən rezident və ya qeyri-rezident hüquqi şəxslər iştirak edə bilərlər.
2. Kotirovka sorğusunun əsas şərtlər toplusunu əldə etmək üçün iddiaçılar Bakı şəhəri, Nizami küçəsi 96 E, Landmark I, 4-cü mərtəbəyə müraciət edə bilərlər (əlaqə telefonları- 505 87 04 (əlavə 1323), (050) 265 81 29, faks: 492 05 92).
3. Kotirovka təklifi tələb olunan formada hazırlanaraq üzərində fiziki və ya hüquqi şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdə 12 mart 2020-ci il saat 18.00-a qədər Bakı şəhəri, Nizami küçəsi 96 E, Landmark I, 4-cü mərtəbədə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinə təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
Zərflərin açılışı ilə bağlı tender komissiyasının iclası 13 mart ­
2020-ci il saat 15.00-da Bаkı şəhəri, Nizami küçəsi 96 E, Landmark I, 4-cü mərtəbədə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin ofisində keçiriləcəkdir.

 

Tender komissiyası 

26 2020 02:26 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Mart 2020 | 00:55
MƏTANƏT A
20 Mart 2020 | 00:55
Kapital Bank
20 Mart 2020 | 00:51
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə