Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Abadlaşdırma Təmir –Tikinti İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.
Lot- 1. Tikinti materiallarının satın alınması. 
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: 
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci il mayın 30-na kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. 
Əlaqələndirici şəxs - 
Oktay Məmmədov.
Ünvan- Sumqayıt şəhəri, 39-cu məhəllə, MKTİB-in təsərrüfat sahəsi.
E-mail: [email protected]
Telefonlar -iş 18 65 2-06-98, mobil 055 303-35-70.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 250 (iki yüz əlli ) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Bank rekvizitləri-
• “Beynəlxalq Bank”ın Sumqayıt filialı 
• Kod- 805658
• VÖEN- 9900001881
• M/h- AZ03NABZO1350100000000002944
• H/h- AZ32İBAZ38060019449616318213 
• VÖEN- 2900187391
• S.W.I.F.T. IBAZAZ 2X
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 (otuz) bank günü çox olmalıdır);
-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim edilməlidir).
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqlar və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;
- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 18 mart 2020-ci il saat 13.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 2 aprel 2020-ci il saat 17.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifli zərfləri 3 aprel 2020-ci il saat 13.00-da elektron portal vasitəsilə açılacaqdır.

 

 Tender komissiyası

26 2020 02:25 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Mart 2020 | 00:55
MƏTANƏT A
20 Mart 2020 | 00:55
Kapital Bank
20 Mart 2020 | 00:51
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə