Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC səhmdar cəmiyyətin ərazisində cari təmir işlərinin aparılmasının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https:/www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən iddiaçılar 200 manat məbləğdə vəsaiti göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün tələb olunan sənədləri və təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini bütün zəruri vergi və rüsumları nəzərə almaqla hesablamalıdırlar. Tender prosedurunda bütün təkliflərin avtomatik qiymətləndirilməsi təmin olunur. Təkliflərin qiymətləndrilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: 
- yüksək keyfiyyət müqavilənin vaxtında yerinə yetirilməsi, maliyyə vəziyyəti və malların qrafikə uyğun (işlərin və xidmətlərin) təhvil verilməsi. 
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. Əlaqələndirici şəxs- Elmar Əliyev, telefon - 012 492-87-95. 
Ünvan- Bakı şəhəri, M.Hüseyn küçəsi 1.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
 İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər: 
Alan təşkilat - “ AZƏRBAYCAN TELEVİZİYA VƏ RADİO VERİLİŞLƏRİ” QSC
Alan bank- Dövlət Xəzinədarlığı Agentliyi
 1 saylı Xəzinə idarəsi
 VÖEN- 1401555071 
 Kod - 210005 
M/h- AZ41NABZ01360100000000003944 
 SWİFT- CTREAZ22
VÖEN- 9900062371 
Hh-AZ33CTRE00000000000004048501
Büdcə təsnifatının kodu- 142340 
Büdcə səviyyəsinin kodu-7, fond 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);
-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda əldə edilmişdir);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
- vergilər nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;
- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) 1 və 3-cü bəndlərdə qeyd olunan sənədləri 16 mart 2020-ci il saat 18.00-a qədər (tender təklifi və təklifin 1faiz bank zəmanəti istisna olmaqla) dövlət satınalmaların vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 2 aprel 2020- ci il saat 18.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 3 aprel 2020-ci il saat 15.00-da elektron portal vasitəsilə açılacaqdır.
QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır. 

 

Tender komissiyası

26 2020 02:25 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Mart 2020 | 00:55
MƏTANƏT A
20 Mart 2020 | 00:55
Kapital Bank
20 Mart 2020 | 00:51
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə