Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tedros Gebreyesus: virusun yayılmasının qarşısını almaq mümkündür

Dünyanın bir sıra ölkələrində “COVID-19” koronavirusuna yeni yoluxma hallarının təsdiqlənməyinə baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda pandemiya təhlükəsinin yaranmadığını açıqlayıb. ÜST-ün açıqlamasına görə, Çində yoluxma hallarının azalması bu nikbinliyə əsas verir.

ÜST-ün baş direktoru Tedros Gebreyesus vəziyyəti şərh edərək deyib ki, virusun yayılmasının qarşısını almaq mümkündür. O, hətta Fransada epidemiyaya yoluxan xəstələrin tamamilə sağaldığını qeyd edib. 
Təşkilat rəhbəri, həmçinin qeyd edib ki, ÜST koronavirusla beynəlxalq fövqəladə vəziyyət, beləliklə də mümkün ola bilən ən yüksək həyəcan pilləsini elan edib. İndi isə baş verə biləcək bütün hallara qarşı mümkün qədər cəld şəkildə reaksiya verməyin və müvafiq addımlar atmağın zamanıdır. “Çünki bu mübarizədə təkbaşına hər kəs uduzur, biz yalnız birlikdə qalib gələ bilərik”, - deyən Tedros Gebreyesus dünya ölkələrini virusa qarşı mübarizədə əməkdaşlıq və koordinasiyalı fəaliyyətə çağırıb.
Qeyd edək ki, Çində koronavirus qurbanlarının sayı 2663-ə çatıb, 27,2 mindən çox insan epidemiyadan sağalıb. Bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, ölkədə yeni növ koronavirusa yoluxanların sayı isə 77,6 mini ötüb.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

25 2020 20:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə