Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə və Böyük Britaniyanın müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər

“Anadolu” agentliyi xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar ­telefonla böyük britaniyalı həmkarı Ben Uolles ilə İdlibdəki vəziyyəti müzakirə edib. 

Türkiyə Milli Müdafiə Nazirliyindən mediaya həmçinin bildiriblər ki, nazirlər iki ölkə arasında təhlükəsizlik, müdafiə və müdafiə sənayesi üzrə əməkdaşlıq məsələləri üzrə də fikir mübadiləsi aparıblar. 
Suriyanın şimal-şərqində, xüsusilə İdlib şəhəri və onun ətrafındakı yaşayış məntəqələrində vəziyyət gərgin olaraq qalır. Son günlər Əsəd rejimi və onun müttəfiqlərinin ərazini artilleriya atəşinə məruz qoyduğu barədə məlumatlar yayılıb. Dinc sakinlər arasında ölən və yaralananların olduğu bildirilir.  
Bu arada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Moskva və Ankara İdlib ətrafındakı vəziyyəti nizamlamaq üçün məsləhətləşmələri davam etdirəcək.
Onun sözlərinə görə, indi növbəti silsilə məsləhətləşmələr hazırlanır. “Rusiya Federasiyası ümid edir ki, məsləhətləşmələrin nəticəsi İdlibdəki deeskalasiya zonasının normal işləməsi ilə bağlı razılaşmaya gətirəcək. Əminik ki, bu məsləhətləşmələr həqiqətən də deeskalasiya zonasının fəaliyyət göstərməsinə, terrorçuların orada ev sahibliyi etməməsinə səbəb olacaq”, – deyə Lavrov əlavə edib.
S.Lavrov həmçinin qeyd edib ki, “Cəbhət ən-Nüsra” qruplaşması ilə dialoq qurmaq haqda fikirlər qəbuledilməzdir.

 

M.HACIXANLI,
“Xalq qəzeti” 

25 2020 20:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə