Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fələstin və İsrail arasında atəşkəs haqqında razılıq əldə olunub

Misir və ­BMT-nin vasitəçiliyi ilə Fələstinlə İsrail arasında atəşkəs haqqında razılıq əldə olunub. Bu barədə “Sky News Arabia” telekanalına istinadən TASS məlumat yayıb. 

Telekanal qeyd edib ki, tərəflər arasında atəşkəs rejimi 24 fevral, Moskva vaxtı ilə gecə saat 1.00-dan qüvvəyə minib. 
Xatırladaq ki, fevralın 23-dən 24-nə kecən gecə İsrailin Hərbi Hava Qüvvələri Dəməşq ətrafına, fələstinlilərin hərbi bazasının yerləşdiyi əraziyə raket zərbələri endirmişdi. İsrail tərəfinin məlumatına görə, fələstinlilər burada raket silahlarının nümunələrini hazırlayır, sonradan bu nümunələr əsasında Qəzzada istehsal başlayır və hazırlanmış raketlərdən İsrail əleyhinə silahlı hücumlar zamanı istifadə olunur. 
“Əl-Hadath” telekanalının verdiyi məlumatda isə bildirilib ki, fevralın 24-nə keçən gecə İsrail aviasiyası bazar günü Fələstin istiqamətindən açılmış raket atəşlərinə və sərhəddə partlayıcıların işə salınması cəhdlərinə ­cavab olaraq, “İslami cihad”la əlaqəli olan onlarla hədəfə hücum edib.
Həmin gecə hər iki tərəf bir-birinə zərbələr endirib və vəziyyət son ana qədər davam edib. İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb ki, son sutka ərzində radikallar Qəzzadan İsrail ərazisinə 40 raket atıb, ancaq onların yarısı “Dəmir günbəz” hava hücumundan müdafiə sistemləri tərəfindən tutulub.
Qarşılıqlı atışmanın davam etdiyi vaxtda İsrailin Baş naziri Benyamin Netanyahu bəyan etmişdi ki, Qəzza istiqamətindən raket hücumlarının davam edəcəyi təqdirdə ölkəsi sakitliyi bərpa etmək üçün yeni hərbi əməliyyata başlaya bilər. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

 

25 2020 20:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə