Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dronlar üçün lazer peyk – rabitə sistemi hazırlanıb

“Hightech” internet portalının məlumatına görə, ABŞ-ın “General Atomics” şirkəti pilotsuz uçan aparatlar (dron) üçün lazer peyk – rabitə sistemini sınaqdan keçirib. Bildirilir ki, sistem məxsusi olaraq, “MQ-9 Reaper” zərbə dronları üçün hazırlanıb.

Mütəxəssislərin sözlərinə görə, lazer peyk–rabitə sistemləri məlumatların Yerdən orbitə və havada olan müəyyən obyektə göndərilmə sürətini xeyli artırmağa imkan verir. Bundan başqa, belə sistemlər siqnalın ələ keçirilmə ehtimalını azaldır.
Bildirilir ki, 2007-ci ildə ABŞ ordusunda silahlanmaya qəbul edilən “MQ-9B Reaper”  dronları əvvəllər kəşfiyyat və yerüstü hədəflərə raket zərbələrinin endirilməsi məqsədilə istifadə olunub. 680 kiloqram çəkiyə malik raket və bomba daşıya bilən dronların maksimal sürəti saatda 482 kilometr təşkil edir.
Qeyd edilir ki, sistemin sınaqları Atlantik okeanında yerləşən Tenerife adasında keçirilib. Testin məqsədi həllin informasiyanı orbitdə olan peykdən pilotsuz uçuş aparatına ötürülməsinin yoxlanılması olub. Digər məlumatlar açıqlanmır.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

25 2020 20:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə