Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Titetsu Vatanabe vəfat edib

Yaponiyanın Niqata prefekturasının 112 yaşlı sakini Titetsu Vatanabe vəfat edib. Qeyd edək ki, onun adı bu ayın əvvəlində planetin ən yaşlı kişi sakini kimi Ginnesin Rekordlar kitabına daxil edilmişdi.
Xatırladaq ki, dünyanın bundan əvvəlki ən yaşlı kişi sakini də Yaponiya vətəndaşı idi. Masadzo Nonaka adlı şəxs 2019-cu il yanvarın 20-də 113 yaşında vəfat edib.
Məlumatı TASS yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

25 2020 20:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə