Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə BMM: Xocalı faciəsi bəşəriyyət tarixinin qara ləkəsidir

Türkiyə Böyük Millət Məclisi Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb. Bu barədə parlamentin Xarici əlaqələr komitəsinin bəyanatında deyilir ki, Xocalı faciəsi bəşəriyyət tarixinin qara ləkəsidir:

“Türkiyə Ermənistan tərəfindən azərbaycanlıların kütləvi qətlini pisləyir və erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edir”. Bəyanatda daha sonra vurğulanır ki, Türkiyə hər zaman Azərbaycanı dəstəkləyib və dəstəkləməkdə davam edəcək.

Xatırladaq ki, Ermənilərin bu bəşəri cinayəti qabaqcadan hərtərəfli planlaşdırılıb və yeganə bir məqsədlə törədilib – dinc sakinləri milli mənsubiyyət əlamətinə görə qismən və ya tamamilə məhv etmək. Beynəlxalq hüquqa görə, belə hərəkətlər “soyqırımı” anlayışına tamamilə uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.

R.TAHİR,
“Xalq qəzeti”

25 2020 17:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə