Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbəkistanda Haqverdiyevin 150 illik yubileyinə hazırlıq görülür

Özbəkistanda Azərbycan realist ədəbiyyatının tanınmış siması “Ə.BHaqverdiyevin Azərbaycan dramaturgiyasında, klassik hekayə və faciə janrının inkişafında rolu” adlı  dəyirmi masa keçiriləcək.

Prezidenti İlham Əliyevin görkəmli dramaturq, nasir, publisist, teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamı ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi il ərzində bir sıra tədbirlərin keçirilməsini planlaşdırıb.

Azərbaycan Mədəniyyət Mərkəzi “Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsi çərçivəsində keçiriləcək tədbirlərdə, habelə “Azərbaycanın Qarabağ diyarı - Özbəkistan rəssamlarının gözü ilə” adlı rəsm müsabiqəsində tanınmış qarabağlılara, xüsusi ilə də Əbdürəhim bəy Haqverdiyevə, onun yaradıcılığına geniş yer verəcəkdir.

Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənd və regionlarda, habelə Özbəkistanın universitetlərində yaradılmış Azərbaycan ocaqlarında il ərzində Azərbaycanın “Qarabağ ədəbiyyatı” məktəbinin tanınmış siması “Ə. B. Haqverdiyevin Azərbaycan dramaturgiyasında, klassik hekayə və faciə janrının inkişafında rolu” adlı  dəyirmi masa və seminarların keçirilməsi,  ədibin əsərlərinin özbək dilinə tərcümə edilməsi, Əbdürəhim bəy Haqverdiyev haqqında “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində xüsusi bölmənin yaradılması, Özbəkistan mətbuatında görkəmli dramaturq haqqında məqalələrin dərc edilməsini nəzərdə tutulub.

R.TAHİR,
“Xalq qəzeti”

25 2020 17:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə