Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Külək Goranboyda fəsadlar törətdi

Goranboyda güclü külək fəsadlar törədib. Goranboy RİH-dən verilən məlumatda bildirilir ki, güclü külək rayonun Qızılhacılı qəsəbəsində iri gövdəli ağacları aşırıb.

Aşağı Ballıqaya kəndində isə kənd sakini Mayıl Məmmədova məxsus evin dam örtüyünün bir hissəsi qoparaq yerə düşüb və ev yarasız hala düşüb. Külək elektrik xətlərinə də ziyan vurduğuna görə əksər yaşayış məntəqələrinin elektrik verilişi ilə təminatında fasilələr yaranıb.

Rayon fövqəladə halalar komissiyası küləyin fəsadlarını aradan qaldırır.

R.TAHİR,
“Xalq qəzeti”

25 2020 17:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə