Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Londonda Culian Assanjın məhkəməsi başlayıb

Londonda “WikiLeaks” saytının rəhbəri Culian Assanjın ABŞ-a ekstradasiya edilməsi barədə məhkəmə işi başlayıb. Əgər Culian Assanj ABŞ-a ekstradasiya edilərsə , onda onu 175 illik həbs cəzası gözləyir.

Yeddi il Ekvador səfirliyinə sığınan Culian Assanj cəsusluqda,haker fəaliyyətində və ABŞ-ın məxfi materiallarını qanunsuz yaymaqda ittiham edilir. ABŞ-dan olan hüquqşünas bildirib ki, Culian Assanj öz hərəkəti ilə İraqda, İranda və Əfqanıstanda insanların həyatını təhlükə altına qoyub.

ABŞ Ədliyyə Nazirliyi Culian Assanja 17 bənddən ibarət ittiham irəli sürüb.

Məhkəmənin həyətində isə Culian Assanjın pərəstişkarları onu müdafiə edirlər.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

25 2020 16:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə