Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tailandda partlayış

Tailandda motosikllə bompa partladılıb. Partlayış nəticəsində 10 nəfər xəsarət alıb.

Yerli “Bangkok Post” qəzetinin polisə istinadən verdiyi məlumata görə, hadisə Sonqkhla əyalətində baş verib. Rayon başçısının köməkçisi avtomobillə keçərkən motosikldəki əldə düzəltmə bomba partladılıb. Nəticədə köməkçi və onunla avtomobildə olan təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı xəsarət alıb. Bundan əlavə, 3 nəfər tələbə və 3 nəfər yerli sakin də xəsarət alıblar.

Terrorçular sonradan avtomobili atəşə tutublar. Lakin təhlükəsizlik qüvvələrinin cavab atəşindən sonra onlar qaçıb gizləniblər. Hazırda terrorçular axtarılır.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

25 2020 16:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə