Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistan 2024-cü ilədək ümumi daxili məhsul istehsalının həcmini 5 trilyon dollara çatdırmağı planlaşdırır

Hindistan 2024-cü ilədək ümumi daxili məhsul istehsalının həcmini 5 trilyon dollara çatdırmağı planlaşdırır.

Hindistanın iqtisadiyyatını şərh edən Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna qeyd edib ki, dünyanın 5-ci ən böyük iqtisadiyyatı olan Hindistan 2024-cü ilədək ümumdaxili məhsul istehsalının həcmini 5 trilyon dollara çatdırmağı planlaşdırır.

Hindistan iqtisadiyyatı həyata keçirilən davamlı struktur islahatları, cilovlanan inflyasiya və sürətli inkişafla səciyyələnir.

2019-cu ilin sonuna olan məlumata görə, ölkə 457,5 milyard dollarlıq valyuta ehtiyatlarına sahibdir. Səfir qeyd edib ki, Hindistanın Maliyyə Nazirliyi "Yaşayış rahatlığı" ili elan edilmiş 2020-2021-ci büdcə ili üçün bir sıra təkliflər irəli sürüb. Aqrar təsərrüfatda, suvarma və kəndlərin inkişafı sahəsində icra olunacaq 16 proqram üçün büdcədən 28,18 milyard, səhiyyə sektoruna 9,72 milyard, təhsil sektoruna isə 13,99 milyard dollar vəsait ayrılıb.

Səfirin sözlərinə görə, 2020-2021-ci il üçün Hindistanın dövlət büdcəsindən, sənaye və ticarətin inkişafı və təşviqi üçün 3,85 milyard dollar ayrılacaq. Beş yeni "Ağıllı şəhər" proqramının Dövlət Şəxsi Tərəfdaşlığı müstəvisində hökumətlə birlikdə hazırlanması təklif edilib. Növbəti beş il ərzində infrastruktur sahəsinə investisiyaların 1,4 trilyon dollara çatacağı gözlənilir və 2024-cü ilədək "Udaan" Sxemini dəstəkləmək üçün daha 100 hava limanının tikilməsi və yenidən qurulması gözlənilir.

Dövlət büdcəsindən qida sənayesi ilə bağlı 5,01 milyard dollar, qadınlara məxsus proqramlar üçün isə 4,03 milyard dollar vəsait ayrılıb. Büdcə orta sinif vergi ödəyicilərinə əhəmiyyətli dərəcədə rahatlıq verib və bununla da alıcılıq qabiliyyətinin yüksələcəyi güman edilir.

İnvestisiyanı təşviq etmək üçün, büdcə ictimai sektora aid banklarda şəffaflığı və peşəkarlığı artırmağı təklif edir. Hazırda dövlətə məxsus bəzi qiymətli kağızlar da xarici investorlar üçün açıq elan ediləcək. Büdcə, dərman, avtomobil hissələri və digər sektorlar üçün Mikro, Kiçik və Orta Müəssisələrin (MSME) ixracının təşviqi üçün 140 milyon dollar məbləğində layihə hazırlanıb.

25 2020 16:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə