Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Radiasiya Problemləri İnstitutu Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq edəcək

Radiasiya Problemləri İnstitutu Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq edəcək

Avstriyanın paytaxtı Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 62-ci sessiyası keçirilib. www.science.gov.az saytı yazır ki, tədbirdə Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və bu müəssisənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İbrahim Qabulov da iştirak ediblər.

O.Səmədov və İ.Qabulov konfrans çərçivəsində keçirilən elmi forumda iştirak ediblər. Forumun əsas məqsədi nüvə texnologiyalarından istifadə etməklə karbon qazının ətraf mühitə buraxılmasının qarşısını almağın yollarını müzakirə etmək və içməli su resurslarının idarə edilməsi olub. Müzakirələr zamanı bu sahələrdə nüvə texnologiyalarının tətbiq edilməsinin genişləndirilməsi təklif edilib.

Radiasiya Problemləri İnstitutunun əməkdaşları, həmçinin AEBA-nın Nüvə Təhlükəsizliyi Departamentində işgüzar görüş keçiriblər. Görüş zamanı iki qurum arasında təlim-tədris sahələrində əməkdaşlığın yaradılmasına dair ilkin razılıq əldə olunub.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

26 2018 11:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə