Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

500 milyarder 139 milyard dollar ziyana düşdü

Dünyanın 500 ən zəngin adamının birlikdə varidatı ötən bazar ertəsi ABŞ-da fond birjalarındakı satış indeksinin əhəmiyyətli dərəcədə enməsi nəticəsində 139 milyard dollar azalıb.

“Bloomberg” xəbər verir ki, LVMH fransız şirkətlər qrupunun baş direktoru Bernar Arno və “Amazon”un başçısı Djef Bezos 4,8 milyard dollar ziyana düşüblər. İspaniyanın “Zara” ticarət şəbəkəsinin sahibi Amansio Orteqi 4 milyard, Facebook şirkətinin başçısı Mark Çukerberq 3,48 milyard dollar itiriblər.

Rusiya milyarderlərindən son bir sutkada həmyerlimiz “Lukoil” şirkətinin prezident Vahid Ələkbərov isə 1,21 milyard dollar ziyana düşüb.

Buna qədər xəbər verirdilər ki, ABŞ birjası koronovirus ətrafında cərəyan edən hadisələrdən ehtiyat edərək “qlrmızı zolaqda” bağlanıb. İnvestorlar narahatdırlar ki, xəstələyin tüğyan etməsi Çin və bütün dünya iqtisadiyyatı üçün risklidir. Nyu-York fond birjasının yerli vaxtla bağlandığı 16:00 radələrindəki vəziyyətinə görə Dow Jones Industrial Average-in indeksi 3,44 faiz, NASDAQ 3,61 faiz, S&P 500 geniş bazarının indeksi isə 3,09 faiz aşağa enib. 

Səadət RZAYEVA,
"Xalq qəzeti"

25 2020 14:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə