Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Obameyanq “Arsenal”la yollarını ayırır

London “Arsenal”ı qabonlu hücumçu Pyer-Emerik Obameyanqla müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilməyib.

“Report” xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira öz “Twitter” səhifəsində yazıb.

““Arsenal”la futbolçu arasındakı müqavilənin uzadılması ilə bağlı danışıqlar dalana dirənib. 

Hücumçu yayda klubu tərk edə bilər. “İnter” vəziyyəti yaxından izləyir və Lautaro Martinez “Barselona”ya keçəcəyi təqdirdə təklif verməyə hazırdır”.

Bu mövsüm 30 yaşlı Pyer-Emerik Obameyanq Premyer Liqanın 25 oyununda iştirak edib, 17 qol və 1 asist müəllifi olub. Futbolçunun klubla müqaviləsi 2021-ci ilin yayına qədər qüvvədədir.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

25 2020 14:37 - İDMAN
İDMAN
19 Mart 2020 | 20:50
AVRO-2020 təxirə salındı
19 Mart 2020 | 20:47
Müqavilə ləğv edilib

Köhnə versiyamızdan xəbərləri izlə