Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

XTİNM-in mütəxəssisləri məlumatlandırıcı təqdimat keçiriblər

Xəzər Universitetində müəllim və tələbələr üçün Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin (XTİNM) mütəxəssisləri–Aytac Nəsirli, Cəlalə Həsənova, Koronavirus infeksiyası haqqında tanıdıcı təqdimat keçiriblər.

Təqdimatı departamentin rəhbəri Asəf Ömərov açaraq qonaqları və tədbir iştirakçılarını salamlayıb. O, zoonoz mənşəli xəstəliklərin insan sağlamlığında rolu, onların yayılması haqqında giriş nitqi söylədikdən sonra sözü XTİNM-in mütəxəssislərinə verib. Mütəxəssislər koronavirus infeksiyası–onun epidemiologiyası, etiologiyası, patogenezi, simptomları, laborator diaqnostikası, profilaktikası, müalicəsi haqqında məlumat verməklə, qonşu ölkələrdə baş vermiş alovlanma hallarının, xəstəliyin son statistik məlumatlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

XTİNM-in mütəxəssisləri bu təhlükəli virusla bağlı tədbir iştirakçılarında yaranmış sualları cavablandırıblar. Tədbirin sonunda universitetin rektoru Dr. İradə Xəlilova qonaqlara təşəkkürünü bildirib. Seminar iştirakçılarına universitetdə aparılmış ümumi profilaktika tədbirləri bir daha xatırladılıb. Həmçinin, rektor ictimai nəqliyyatdan istifadə edərkən, qida qəbulundan öncə, respirator əlamətləri olan insanlarla münasibət, xəstə olarkən, gözlənilməsi vacib olan fərdi gigiyena qaydaları haqqında seminar iştirakçılarına məlumat verib.

Tədbir sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

25 2020 11:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə