Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tibbə dair yeni kitab işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunda (ETİ) "Azərbaycan tibbinin korifeyləri" adlı yeni toplu işıq üzü görüb.

Kitabın müəllifləri - Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli və İnstitutun Nəzəri-metodoloji problemlər şöbəsinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Dilarə Vahabovadır.

Kitabın elmi redaktoru - tibb elmləri doktoru, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyevdir.

Azərbaycan, rus və ingilis dillərində təqdim olunan kitab AMEA-nın həqiqi və ya müxbir üzvü olmuş və hazırda fəaliyyət göstərən Azərbaycanın görkəmli tibb elm adamlarının həyat və fəaliyyətinə həsr edilib.

Kitab hazırlanarkən, Azərbaycan və Rusiya Federasiyasında yerləşən müxtəlif fondlarda saxlanan materiallardan, o cümlədən AMEA-nın bir çox qurumlarının, ali təhsil müəssisələrinin arxivlərindən, biblioqrafik mənbələrdən, internet resurslarından, KİV-dən, eləsə də ailə arxivlərindən əldə edilmiş sənədlərdən istifadə edilmişdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

25 2020 10:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə