Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq sərgidə Azərbaycan məhsullarına böyük maraq

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilmiş “Gulfood 2020” beynəlxalq qida sərgisi başa çatıb. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 20 Azərbaycan şirkəti məhsullarını təqdim edib.

İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, Azərbaycan məhsulları, xüsusilə fındıq, nar şirəsi və müxtəlif çeşiddə şirniyyatlar sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanıb.

Sərgi çərçivəsində Azərbaycan şirkətləri ilə xarici tərəfdaşlar arasında görüşlər keçirilib, ixraca dair müzakirələr aparılıb.

Azərbaycanın “AHEC” və “AZHAZELNUT” şirkətləri Misir, Pakistan və İtaliyadan olan şirkətlərlə fındıq məhsulunun ixracına, “Az-Granata” və “BakuKonserv” şirkətləri Birləşmiş Ərəb Əmirlikləri və Hindistandan olan şirkətlərlə konservləşdirilmiş məhsulların ixracına dair razılıq əldə edib.

Samirə Əliyeva,
“Xalq qəzeti”

25 2020 10:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə