Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliya Azərbaycanın tarixi abidələrinin qorunması və tanıdılmasına kömək edəcək

2020-ci ilin ­İtaliyada “Azərbaycan mədəniyyəti ili” elan edilməsi, ilk növbədə milli mədəniyyətimizin İtaliyada təbliğini nəzərdə tutur. Bunu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi aparat rəhbərinin müavini və Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə deyib.

V.Eyvazzadə bildirib ki, imzalanan memorandum hər iki ölkə arasında qarşıdakı illərdə mədəniyyətin bir sıra istiqamətlərində əməkdaşlığı nəzərdə tutur: “Burada ən vacib istiqamətlərdən biri mədəni irsin təşviq olunması, qorunması, saxlanılması, rəqəmsallaşdırılması və bərpasıdır. Digər istiqamət UNESKO-nun Mədəni İrs Siyahısına daxil edilmiş tarix və mədəniyyət abidələrinin mövcud vəziyyətinin qorunması sahəsində fəaliyyətin təmin olunması, eyni zamanda, İtaliya ekspertlərinin gələcək nominasiyaların verilməsində dəstəyinin əldə olunmasıdır. Ölkədə arxeoloji abidələrin birgə araşdırılması, qorunması da vacib istiqamətlərdəndir”.
Şöbə müdiri qeyd edib ki, bu memorandumun imzalanması Azərbaycanda kino sənətinin inkişafına da böyük töhfə verəcək. Birgə film festivallarının keçirilməsi, Azərbaycanda İtaliya kinosu, İtaliyada Azərbaycan kinosu günlərinin keçirilməsi, kino istehsalında və onun təbliğində birgə fəaliyyət, kino irsinin qorunması, bərpası və istifadəsi ilə bağlı fəaliyyətin həyata keçirilməsi də istiqamətlərdən biridir. Qarşılıqlı əlaqələr, həmçinin teatr sahəsinə də təsir göstəcək.
Qeyd edək ki, Azərbaycan ­Prezidenti İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində imzalanmış sənədlər sırasında “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət daşıyır.
Sənəd çoxölçülü, çoxşaxəli, geniş tərəfdaşlığın, müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi üçün konkret istiqamətləri ehtiva edir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

24 2020 23:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə