Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:
 
Komissiyanın sədri
 
Əli Əsədov – Azərbaycan Respublika­sının Baş Naziri
 
Komissiyanın üzvləri
 
Əli Əhmədov – Azərbaycan Respublikası Baş Nazirinin müavini
Ramiz Mehdiyev – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Əbülfəs Qarayev – Azərbaycan ­Respublikasının Mədəniyyət naziri
Oqtay Şirəliyev – Azərbaycan ­Respublikasının Səhiyyə naziri
Ceyhun Bayramov – Azərbaycan Respublikasının Təhsil naziri
Anar Quliyev – Azərbaycan ­Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının birinci ­vitse-prezidenti
İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının birinci ­vitse-prezidenti
İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri
Fərhad Bədəlbəyli – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru
Ömər Eldarov – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru 
Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının rektoru 
Əhliman Əmiraslanov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
Abel Məhərrəmov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri
Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar ­İttifaqının sədri
Məhərrəm Qasımlı – Azərbaycan Aşıqlar Birliyinin sədri
Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi 
Cəlal Abbasov – Azərbaycan Bəstəkarlar İttifaqının katibi 
Natiq Əliyev – Xalq rəssamı
Mövlud Süleymanlı – Xalq yazıçısı.
2. “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli 26 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 703) 1-ci hissəsi ləğv edilsin. 
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
 
 
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 fevral 2020-ci il
24 2020 23:09 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə