Ən son xəbərlər

Son buraxılış
Arxiv

Göyçay rayonunun xurma bağlarında qonur ləkəlilik xəstəliyi aşkar olunub

Göyçay rayonunun xurma bağlarında qonur ləkəlilik xəstəliyi aşkar olunub

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssiləri tərəfindən Göyçay rayonunun Qızılağac, Poti, Kürdəmiş kəndlərini əhatə edən 158 hektar xurma bağında fitosanitar müşahidələr aparılıb və 16 hektar sahədə xurma ağaclarının yarpaqlarında qonur ləkəlilik xəstəliyinə sirayətlənmə aşkar olunub.

Aparılan araşdırmalar nəticəsində xəstəliyin törədicisinin göbələklərin olduğu müəyyən edildiyi üçün Göyçay rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri fermer təsərrüfat sahibləri ilə görüşlər keçirərək kimyəvi mübarizə tədbirlərinin aparılması ilə bağlı müvafiq tövsiyələr veriblər.

Fermerlərin nəzərinə çatdırılıb ki, kənd təsərrüfatı bitkilərinin xəstəliklərinin əlamətləri aşkar olunub-olunmamasından asılı olmayaraq, mütləq  ilkin yazdan başlayaraq profilaktiki mübarizə işləri aparılmalıdır. Mübarizə işləri çiçəkləmədən əvvəl və çiçəkləmədən sonra da bir neçə dəfə müxtəlif tərkibli preparatlardan istifadə etməklə davam etdirilməlidir.

Təsərrüfat sahiblərinə məhsul yığımından sonra və ilkin yazda xəstəliyin yayılmasının qarşısını almaq üçün profilaktiki olaraq Bordo mayesindən istifadə olunması tövsiyə olunub. Həmçinin, vegetasiya müddətində 70%-lik Tiofanat metil (Topsin-1,0-1,5 kq/ka), 50%-lik Benomil (Fundazol-1,0 kq/ha), 75%-lik Siprodinil (Xorus -0,35 kq/ha) və digər təsiredici maddələrdən olan fungisidlərdən istifadə etməklə mübarizə aparılması məsləhət görulub.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

26 2018 11:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin