Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dəmirçi-Lahıc avtomobil yolunun yaxın aylarda istifadəyə verilməsi nəzərdə tutulub

Dəmirçi-Lahıc avtomobil yolunun yaxın aylarda istifadəyə verilməsi nəzərdə tutulub

Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun yaxın aylarda tikilərək istifadəyə verilməsi nəzərdə tutulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Dəmirçi-Lahıc avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yolun hərəkət hissəsinin eni 6 metr və çiyinlərin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edir. Hazırda yolboyu torpaq işləri görülür, yeni yol yatağı və yol əsasının inşası, həmçinin asfaltlanma işləri aparılır.

Bu işlər çərçivəsində torpaq-çınqıl örtüklü olan və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 5-6 metrdən 10 metrə qədər genişləndirilir. Yolun normativ eninin alınması üçün qaya tipli süxurların mexanizmlə kəsilməsi və daşınması, III qrup qruntun daşınaraq avtoqreyderlə yayılması və vərdənə ilə kipləşdirilməsi, həmçinin yolun torpaq yatağının bərpası üçün yararsız qruntun qazılması və yararlı karxana çınqılı tökülüb, genişləndirilib və kipləşdirilərək avtoqreyderlə profilə salınması, torpaq yatağının layihə hündürlüyünə çatdırılması və çiyin hissələrin bərkidilməsi işləri aparılır. Ümumilikdə torpaq işləri 200 min kvadratmetrdən çox sahəni əhatə edir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

27 2018 17:28 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə