Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell” hesabat verdi

Lider mobil operatorun texnoloji uğurları və gələcək perspektivləri açıqlandı

“Azercell Telekom” 2019-cu ildə ən son texnoloji yenilikləri ölkəyə gətirməklə yanaşı, 4.5 milyon nəfərdən çox abunəçinin seçimi və 49 faiz bazar payının sahibi kimi mobil kommunikasiya bazarında birinciliyini qorumuş oldu. Bu barədə şirkət rəhbəri Vahid Mürsəliyev hesabat konfransında bildirib.

O, qeyd etmişdir ki, uzun illərdir ki, ölkəmizdə qeyri-neft sektorunun ən iri vergi ödəyicisi olan “Azercell” 2019-cu ildə dövlət büdcəsinə 112 milyon manat, fəaliyyət göstərdiyi 23 ildə isə 1 milyard 845 milyon manat ödəniş edib. Şirkət tərəfindən Azərbaycanda telekommunikasiyanın inkişafına ötən il 94 milyon yarım ABŞ dollarından çox, ümumilikdə isə 1 milyard 621 milyon ABŞ dollarından artıq sərmayə yatırılıb. 
“Azercell” yüksək keyfiyyətli 4G texnologiyasının ölkə regionları boyu yayılmasına daha güclü təkan verərək 2018-ci ilin sonlarından 2019-cu ilin sonuna qədər şəbəkənin respublika üzrə coğrafi əhatəsini 366 faiz, əhali əhatəsini isə 120 faiz artırmış oldu. Bütün ölkə üzrə toplam 1617 yeni radiobaza stansiyası quraşdırılıb ki, onların da 1217-ni 4G şəbəkəsi üzərindən çalışan saytlar təşkil edir. 
Cəmiyyətin rəqəmsal-laşmasına doğru ən əhəmiyyətli addımlarından biri kimi bir neçə ay öncə “Azercell”in ölkədə və Cənubi Qafqazda ilk 5G pilot şəbəkəsini istifadəyə verməsi oldu. 5G şəbəkəsinin operator tərəfindən ən birinci və ən tez sınaqdan keçirilməsi, eləcə də texniki yenilənməsi “Azercell”i dünyanın qabaqcıl mobil rabitə təminatçıları ilə bir sırada qərarlaşdırır. Pilot 5G şəbəkəsi artıq Fəvvarələr Meydanı və Nizami küçəsinin bir hissəsində təqdim edilib. 5G-nin inkişafını sürətləndirmək məqsədilə “Azercell” ötən ilki “Bakutel” Telekommunikasiya sərgisi çərçivəsində “Ericsson” şirkəti ilə Anlaşma Memorandumu imzaladı. 
Hesabat konfransında bildirilmişdir ki, abunəçilərə qüsursuz xidmət göstərilməsini hədəfləyən şirkət 2019-cu ildə ümumilikdə 6 milyona yaxın abunəçiyə xidmət göstərib. İnsan Kapitalına xüsusi önəm verən “Azercell Telekom” 2019-cu il ərzində əməkdaşların inkişafına 973 min ABŞ dollarından artıq vəsait xərcləmişdir. Bundan əlavə, 2019-cu ildə ölkənin müxtəlif ali təhsil müəssisələrində oxuyan 67 gənc şirkətin tələbə proqramlarından yararlanmış, “Azercell Akademiyası” tərəfindən şirkətdaxili və müxtəlif təşkilat və qurumlara 161 tədris sessiyaları keçirilmişdir. 
Şirkətin fərqli istiqamət-lərdə innovativ fəaliyyəti həm yerli, həm də beynəlxalq qurumların diqqətinə səbəb olaraq 2019-cu ildə də “Azercell”ə nüfuzlu mükafatlar qazandırdı. ABŞ-ın prestijli biznes mükafatı olan “Stevie” mobil operatoru “İlin Telekommunikasiya şirkəti” adına, Azərbaycan İnnovasiya Müküfatına layiq görüldü. Day.az media portalının “İnsanların Seçimi” müküfatının “İlin ən yaxşı mobil operatoru” nominasiyasının qalibi də “Azercell Telekom” seçildi.
Tədbirdə “Azercell”in təqdim etdiyi müxtəlif yeniliklər və sərfəli tariflər, eyni zamanda, Korporativ Sosial Məsuliyyət strategiyasını əks etdirən təhsilin inkişafı, gənclərin uşaq hüquqlarının qorunması, sağlamlığın müdafiəsi, rəqəmsal savadlılığın artırılması, mədəni irsin qorunmasına töhfə verən təşəbbüslər haqqında ətraflı məlumat verilmiş, mətbuat nümayəndələrinin çoxsaylı sualları cavablandırılmışdır.

 

“Xalq qəzeti” 

24 2020 22:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə