Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş “Tarixin canlı səhifələri” Vlll Gənclər Festivalının keçirilməsinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, dövlət satınalmalarının https://www.etender.gov.az vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
• İştirak haqqı 100 manatdır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Bank-Dövlət Xəzinədarlığı Agentliyi
Kod -210005
M/h- AZ41NABZ01360100000000003944
VÖEN- 1401555071
SWIFT- CTREAZ22
Alan müştəri- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
H/h- AZ50CTRE00000000000002147771
VÖEN- 1500171121
Büdcə səviyyəsinin kodu- 7
Təsnifat kodu- 142330
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- peşəkarlığı, təcrübəsi, texniki imkanları, idarəetmə səriştəsi və etibarlığı barədə məlumatlar;
- son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə) yerinə yetirdiyi analoji işlər haqqında məlumat.
 Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 17 mart 2020-ci il saat 18.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 1 aprel 2020-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 2 aprel 2020-ci il saat 10.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.
QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
E-şərtlər toplusunu 2020-ci il fevralın 25-dən sonra əldə etmək olar.

 

Tender komissiyası

25 2020 02:42 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
5 Avqust 2020 | 04:41
B İ L D İ R İ Ş
5 Avqust 2020 | 04:41
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə