Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. 2020-ci ildə kino sahəsində mədəniyyət tədbirlərinin, zəruri işlər və xidmətlərin (filmlərin təqdimatı, kino günləri, görkəmli kino şəxsiyyətlərinin yubiley tədbirlərinin keçirilməsi, bədii tərtibat işlərinin görülməsi, reklam və çap məhsullarının nəşri və s.) və milli kinonun təbliğinin təşkilinin satın alınması.
Tender haqqında ətraflı məlumatı dövlət satınalmalarının https://etender.gov.az vahid internet portalına (portal) elektron imza vasitəsilə daxil olaraq əldə etmək mümkündür.
Tenderdə iştirak etmək istəyənlər 250 (iki yüz əlli) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər. Tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara, mütləq şəkildə müvafiq sahə üzrə spesifik iş təcrübəsinə malik olmalıdırlar.
Ünvan- AZ 1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 84, Hökumət Evi
Telefon-+99412 498 97 82 
VÖEN- 1700015381
H/h: AZ78CTRE00000000000002178501
Bank rekvizitləri
Bankın adı- Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyi 
VÖEN- 1401555071
S.W.İ.F.T.: CTREAZ22
M/h- AZ41NABZ01360100000000003944
Kod- 210005
Ödənişin təsnifat kodu- 142230
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- dövlət satınalma müsabiqələrində (tenderlərdə) iştirak etmək hüququnun olması barədə müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi və rekvizitləri.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 16 mart 2020-ci il saat 11.00-dək, tender təklifi və bank zəmanətini isə 31 mart 2020-ci il saat 11.00-dək təqdim etməlidirlər. 
İddiaçıların təklifləri 1 aprel 2020-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.
İddiaçıların səlahiyyətli nümayəndələri tender zərflərinin açılışı prosedurunda iştirak edə bilərlər.

 

Tender komissiyası

25 2020 02:37 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
5 Avqust 2020 | 04:41
B İ L D İ R İ Ş
5 Avqust 2020 | 04:41
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə