Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“France2” kanalında “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin 2-ci hissəsi yayımlanıb

Heydər Əliyev Fondu və Fransadakı səfirliyimizin dəstəyi ilə hazırlanmış “Azərbaycan – sivilizasiyaların kəsişməsində” sənədli filminin 2-ci hissəsi “France2” ­televiziya kanalının “İslam” verilişində yayımlanıb. 
Filmdə XIX əsr Azərbaycanda neft bumundan, Xalq Cümhuriyyətindən, birinci parlamentin Azərbaycanın müstəqilliyi haqqında bəyanatından, qadınlara səsvermə hüququnun verilməsindən, ilk qızlar məktəbinin açılmasından bəhs olunur. 
1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi, sovet rejiminin yaratdığı çətinliklərə baxmayaraq ulu öndərin sayəsində ölkəmizin Sovet İttifaqının aparıcı respublikalarından birinə çevrilməsindən söz açılıb. 
1990-cı ildə Bakıda müstəqillik uğrunda Azərbaycan xalqının ayağa qalxmasından, sovet tankları tərəfindən dinc insanların gülləboran edilməsindən danışılıb. Bildirilib ki, dinc sakinlərin gülləboran edilməsi xalqın azadlıq arzusunu boğa bilməyib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi və səyi ilə Azərbaycanın müstəqilliyi əbədiyaşarlıq qazanıb. Filmdə 90-cı illərdə baş vermiş hadisələri əks etdirən fraqmentlər göstərilib. 
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açılan filmdə, ölkəmizin müstəqilliyinin asanlıqla əldə edilmədiyi bildirilib. 
Ölkəmizdə qadınların ölkə həyatının bütün sahələrində təmsil olunmasından, sosial-siyasi inkişafda rolundan danışılıb. Azərbaycan multikulturalizmi geniş şəkildə təqdim olunub. Müxtəlif dinlərin nümayəndələrinin dini rituallarını azad şəkildə həyata keçirilməsi göstərilib. 
Kanalın çəkiliş qrupu göstərdikləri dəstəyə görə Heydər Əliyev Fonduna və Fransadakı səfirliyimizə təşəkkürlərini bildirib.

 

Şəhla Ağalarova,
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

24 2020 22:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə