Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çjan Xanxuey ölkəsinin tezliklə koronavirusa qalib gələcəyinə əmindir

Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Çinin Rusiyadakı səfiri Çjan Xanxuey ölkəsinin tezliklə koronavirusa qalib gələcəyinə və fevralın sonunadək əksər əyalətlərdə normal həyatın bərpa olunacağına əminliyini ifadə edib.

Çin səfirinin sözlərinə görə, epidemiyanın mərkəzi olan Vuhan şəhərində isə insanlar normal həyata mart ayında qayıda biləcəklər. O, jurnalistlərə KİV nümayəndələrinə müsahibəsində deyib ki, Çində orqanizmdə əvvəlcədən immunitet formalaşdıran peyvənd üzərində iş başa çatır. Peyvəndin ilkin sınaqları yaxşı nəticələr verib.
Onun sözlərinə görə, Çin təbabəti koronavirusun müalicəsinə 85 faiz nail ola bilib. Hazırda Çində hər gün 2 min xəstə sağalaraq adi həyata qayıdır. Ötən dövr ərzində Çində koronavirusdan 2 min 595 adam ölüb, 24 min 539 xəstə isə sağalıb.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

24 2020 22:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə