Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Liviyalı nazir: Tripolidə ictimai asayiş təmin olunur

Liviyanın daxili işlər naziri Fəthi Bəşaqa dünən yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib ki, son günlər ərzində paytaxt Tripolidə ictimai asayişin qorunması sahəsində ciddi addımlar atılıb və bu istiqamətdə artıq xeyli irəliləyiş əldə olunub. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Liviyalı nazir deyib: “Allaha şükür ki, son günlər paytaxt sakinləri şəhərin bütün küçələrində özlərini təhlükəsiz şəraitdə hesab edirlər. Vəziyyət şəhərin hər yerində sabitləşib”. 
Fəthi Bəşaqanın sözlərinə görə, paytaxtdakı polis orqanlarının sıralarına peşəkar kadrların cəlb olunmasına diqqət artırılıb və polisin texniki təchizatı nəzərəçarpan dərəcədə yaxşılaşıdırılıb. Paytaxt polisi dövlət qurumlarının mühafizəsini də xeyli gücləndirib. 
Liviyanın daxili işlər naziri hesab edir ki, hazırda ölkə üçün ən ciddi təhdid separatizmdir və Liviyada, ilk növbədə, bundan qaynaqlanan terrorizmdir. Onun fikrincə, bu istiqamətdə də lazımi addımlar atılır. F.Bəşaqa sonda deyib ki, ölkə polisi və silahlı qüvvələr birgə səylərlə terrorizmə davamlı zərbələr endirməyə çalışır. 
Xatırladaq ki, bir neçə gün əvvəl Liviya Milli Barışıq Hökumətinin rəhbəri Faiz Sarac “Əl-Əhrar” telekanalına müsahibəsində bəyan etmişdi ki, hökumət ölkənin şərqində Xəlifə Haftarın başçılıq etdiyi qanunsuz hərbi silahlı birləşmələrlə bütün siyasi, iqtisadi və hərbi əlaqələri kəsmişdir. F.Saracın sözlərinə görə, buna səbəb separatçı qüvvələrin Cenevrədə atəşkəs ilə bağlı razılaşmaya əməl etməməsidir. 
F.Sarac hesab edir ki, X.Haftar və onu dəstəkləyən xarici qüvvələrin əsas niyyəti Liviyanı parçalayaraq ölkənin təbii sərvətlərini ələ keçirməkdir. 

 

M.HACIXANLI, “Xalq qəzeti” 

24 2020 22:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə