Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Berni Sanders fraksiyaların qurultayında qalib gəlib

Demokratlar Partiyasından 2020-ci il prezident seçkilərinə namizəd senator Berni Sanders həftəsonu Nevadada fraksiyaların qurultayında qalib olub. Bununla da o, Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədlər arasında liderliyini möhkəmləndirib. Bu barədə CNN telekanalı məlumat yayıb.

Bildirilir ki, Vermont ştatından olan liberal Sanders özünün yaxın rəqiblərini, o cümlədən İndiana ştatının Saut-Bend şəhərinin sabiq meri Pit Buttigegi, Massaçusets ştatından senator Elizabet Uorreni, Minnesota ştatından Emi Klobuçarı, sabiq vitse-prezident Co Baydeni və investor Tom Stayeri xeyli qabaqlayıb.
Məlumat üçün deyək ki, Nevadada fraksiyaların qurultayı ABŞ-da prezident seçkiləri gedişində səsvermənin mərhələlərindən biri hesab edilir. Bu zaman ölkənin aparıcı iki partiyasından (Demokratlar Partiyası və Respublikaçılar Partiyası) olan nümayəndələr və fəallar ölkə prezidentliyinə ən şanslı hesab etdikləri namizədləri irəli sürürlər.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

24 2020 22:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə