Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avstriya ilə İtaliya arasında dəmir yolu açılıb

Avstriya ilə İtaliya arasında dəmir yolu bağlanmışdı. Buna səbəb İtaliyadan Avstriyaya gedən qatarda iki nəfər sərnişinin yüksək hərarəti olduğu bildirilirdi. Lakin italiyalı həkimlər onları müayinə edərək bildiriblər ki, sərnişinlərdə koronavirus yoxdur. Bundan sonra Avstriya hökuməti İtaliyadan gələn qatarlara icazə verib.

“Oe24. at” nəşrinin məlumatına görə içərisində 500 nəfər sərnişin olan iki qatar Vyanaya buraxılıb.

“ORF2” telekanalının məlumatına görə, Avstriyanın Səhiyyə naziri Rudolf Aişober bildirib ki, sərhəddə gücləndirilmiş iş rejimi tətbiq edilib.Bundan əlavə, bir sıra Avropa İttifaqı dövlətlərində koronovirusun yayıması Avstriyanı ciddi narahat edir.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

24 2020 16:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə