Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarağat ağciyər xərçənginin qənimidir

Qarağat ağciyər xərçənginə səbəb olan xərçəng hüceyrələrinin 86 faizini öldürür. Ləzzətli və sağlamlıq mənbəyi kimi tanınan qarağat son illər bütün dünyada xərçəngə qarşı vasitəsi kimi məşhurlaşıb.  Qarağatın bir çox xəstəliyi də müalicə etdiyi sübut edilib.

Mediada bu barədə son günlər yayılan məlumatda qarağatın aşağıdakı möcüzəvi faydaları göstərilir:

–olduqca kövrək olan bu giləmeyvə Mərkəzi və Cənubi Amerikada yetişir. Bəzi meyvələrdə yüksək dərəcədə təbii şəkər var. Qarağatda isə digər meyvələrə nisbətən daha az şəkər var;

–bu giləmeyvədə olan antioksidantlar xərçəngin qarşısını alır. Xüsusilə qan xərçəngi hüceyrələrini məhv edir. Araşdırmalara görə, ağciyər xərçəngi hüceyrələrinin 86 faizi uğurla məhv edilə bilir;

–iştahı azaltdığı üçün arıqlamaöa da kömək edir;

– aclıq şəkərini və qlükozanı tarazlama funksiyasını da həyata keçirir.

Unutmayaq  ki, sənaye istehsalı olan cansız qidalarda kimyəvi maddələr yüksək həddədir. Buna görə də hər mövsümün təzə tərəvəz və meyvələri olduqca faydalıdır. Dietoloqlar unlu və şəkərli qidalardan uzaq durmağı, əti həftədə yarım kilodan çox olmayaraq yeməyi isə sağlam həyat tərzinin əsas şərtlərindən biri sayırlar.

R.TAHİR,
“Xalq qəzeti”

24 Fevral 2020 12:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Noyabr 2020 | 12:30
Gercək qələbə dastanı

Köhnə versiyamızdan xəbərləri izlə