Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

392-ci duel: "Qalatasaray" "Fənərbağça"nı məğlub etdi

Dünyanın ən maraqlı və gərgin derbilərindən biri yaxnlaşır. Söhbət İstanbul derbisi və ya "Fənərbağça" - "Qalatasaray" matçından gedir.

Sportline.az xəbər verir ki, bu gün diqqətlər İstanbula yönələcək. "Fənərbağça" doğma Şükrü Saraçoğlu stadionunda "Qalatasaray"ı qəbul edəcək.

Tarixin iki əzəli rəqib arasındakı qarşılaşmaların qalmaqallı keçdiyi hər kəsə məlumdur. Derbinin gərginliyini artıran daha bir amil isə Irsun Yanal - Fatih Terim duelidir. Təcrübəli mütəxəssislərin komandalarını necə hazırlaşdırdıqları maraqla gözlənilir.

"Fənərbağça" ilə "Qalatasaray" 391 dəfə üz-üzə gəlib. Statistikada "sarı-lacivərdlilər"in aşkar üstünlüyü nəzərə çarpır. 147 görüşdə "Fənərbağça" qalib gəldiyi halda, "Qalatasaray" 122 dəfə azarkeşlərini sevindirib. Qalan 122 oyun isə heç-heçə olub. "Sarı bülbüllər" rəqib qapısından 512 top keçiriblər. "Aslanlar"ın isə cəmi 460 qolu var.

İstanbul derbisinin bombaridiri "Fənərbağça"nın keçmiş futbolçusu Zəki Rza Sporeldir. 1969-cu ildə 71 yaşında ölən, karyerasında yalnız "Fənərbağça"nın şərəfini qoruyan futbolçu "Cimbom"la görüşlərdə 29 dəfə fərqlənib.

İstanbul derbisi üçün xüsusi qeydlər:

1) Ən çox görülən hesab: 1-0 (71 dəfə)
2) Ən çox qollu hesab: 4-4 (2 dəfə)
3) Ən böyük hesablı qələbələr: "Fənərbağça" 0:7 "Qalatasaray" (12.02.1911), "Fənərbağça" 6:0 "Qalatasaray" (06.11.2002)
4) Stadionda ən çox azarkeşin baxdığı görüş: "Qalatasaray" 2:2 "Fənərbağça" (70125 nəfər - 21.09.2003)

Türkiyə Super Liqasında 23-cü turun oyunları keçirilir. Sportline.az xəbər verir ki, turun mərkəzi görüşündə "Fənərbağça" "Qalatasaray"ı qəbul edib. İstanbul derbisində qonaqlar 3:1 hesabı ilə qalib gəlib. Bununla da 21 il sonra "Qalatasaray" "Fənərbağça"nın meydanında qalib gəlib. Super Liqada turnir cədvəlinə 45 xalla ehtiyatda bir oyunu olan "Trabzonspor" başçılıq edir. "Qalatasaray" da 45 xal toplayıb və 2-cidir. "Sivasspor" da eyni xala malikdir və 3-cü pillədə qərarlaşıb. "Fənərbağça" 38 xalla 6-cıdır.

"Fənərbağça" - "Qalatasaray" - 1:3

Qollar: Maks Kruze, 21 (pen.) - Rayan Donk, 40, Radamel Falkao, 80 (pen.), Henri Onyekuru, 90+7

Qırmızı vərəqələr: Deniz Türüç, 84 - Yunes Belhanda, 84

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

24 2020 11:38 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə