Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ronaldo 1000-ci oyununa çıxdı

"Spal"a qarşı A seriyasının dünən keçirilən 25-ci turun oyunu “Yuventus”un hücumçusu Kriştiano Ronaldo üçün xüsusi əlamətdarlıqla yadda qalıb.

Qol.az xəbər verir ki, portuqaliyalı hücumçu karyerasında 1000-ci oyuna çıxıb.

35 yaşlı futbolçu bu müddətdə rəsmi matçlarda 725 qol vurub, 220 qolun ötürməsini edib. Həmçinin o, beş dəfə Çempionlar Liqasının qalibi, Avropa, İngiltərə, İspaniya və İtaliya çempionu olub. Ronaldo 5 dəfə “Qızıl top” mükafatına layiq görülüb.

Qeyd edək ki, "Spal"a qarşı oyunda (2:1) portuqaliyalı komandasının ilk qolunun müəllifi olub. Bununla da o, A seriyasında dalbadal qol vurduğu oyunların sayını 11-ə (ümumən 15 qol) çatdırıb.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

24 2020 11:37 - İDMAN
İDMAN
19 Mart 2020 | 20:50
AVRO-2020 təxirə salındı
19 Mart 2020 | 20:47
Müqavilə ləğv edilib

Köhnə versiyamızdan xəbərləri izlə